Azərbaycanlı ailə yoxa çıxdı - Ukraynada

Azərbaycanlı ailə yoxa çıxdı -

Ukraynanın Luqansk vilayətinin Aleksandrovsk şəhərində yaşayan azərbaycalnlı ailə artıq bir həftədir yoxa çıxıb.
Gundeminfo.az Report-a istinadən xəbər verir ki, bunlar ailə başçısı, əslən Azərbaycanın Şəmkir rayonundan olan, 1980-cı il təvəllüdlü iş adamı Məmmədov Qiyas Şahmar oğlu, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Larisa Tacir qızı, ailənin 14 yaşlı üzvü Məmmədova Sonya Qiyas qızı və 12 yaşlı üzvü Məmmədov Ruslan Qiyas oğludur.

Azərbaycanlı ailə Ukraynanın şərqində münaqişə başlayandan sonra 2014-cü ildə yaşadıqları şəhəri tərk edərək Odessa şəhərinə köçsələr də, 2 il sonra yenidən Aleksandrovsk şəhərinə qayıdıblar. Ötən həftə isə Luqansk şəhərinə yaxınlarına qonaq getmək məqsədi ilə evdən çıxan ailə getdikləri ünvana çatmayıb, onlarla bütün əlaqələr tamamilə kəsilib. Yerli polis ailənin axtarışı barədə elan verib.

Qeyd edək ki, Luqansk şəhəri tanınmayan "Luqansk Xalq Respublikası”nın nəzarətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...