Kərbəladan qayıdan 2 nəfər gömrük işçilərini aldatmaq istədi

Kərbəladan qayıdan 2 nəfər gömrük işçilərini aldatmaq istədi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn BA999KU dövlət nömrə nişanlı "Mercedes Benz" və 90 CD 920 dövlət nömrə nişanlı "SETRA S215 HD" markalı avtobusların sərnişinləri, Ərbəin (Kərbəla) ziyarətindən qayıdan Azərbaycan vətəndaşları - Süleyman Kərimov və Fairə Məmmədovaya məxsus əl yüklərinə baxış keçirilib.
Rentgen aparatından keçərkən S.Kərimovun əl yükünün içərisində rəngli fonda cizgilər müşahidə edilib. Yoxlama zamanı vətəndaşa məxsus 6 ədəd paketdə əvvəlcədən gömrük nəzarətinə bəyan olunmamış 15 ədəd "Samsung" markalı mobil telefon, 22 ədəd "Samsung" markalı mobil telefon üçün qulaqlıq, 18 ədəd üzərində "Samsung" yazılmış enerji yükləyicinin başlığı, 17 ədəd "USB" kabeli və mobil telefon üçün 72 ədəd aksessuar (telefon saxlamaq üçün dayaq) aşkar edilib.

F.Məmmədovanın əl yükündən isə gömrük nəzarətindən gizlədilmiş, aksiz markası olmayan 4200 ədəd "Cavallo" adlı siqaretlər aşkarlanıb.


Kərbəladan qayıdan 2 nəfər gömrük işçilərini aldatmaq istədi
Kərbəladan qayıdan 2 nəfər gömrük işçilərini aldatmaq istədi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...