Erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib FOTO - VİDEO

Erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib

Məhkəmə iclasında zərərçəkmiş Hadiyev Nazim Teymur oğlu tutulan şəxsi tanımadığını bildirib: "Mən onu tanımıram. Sonradan eşitdim ki, hazırda sahibi olduğum bazarda partlayış etmək istəyib. Bu bazar sovet dövründə Qazax rayonunda mərkəzi bazar kimi fəaliyyət göstərib. Hazırda orada 44 obyekt var və hər gün səhər saat 05.00-dan 18.00-a qədər fəaliyyət göstərir. Mərkəzi küçədə olan bazarda 250 nəfərə yaxın şəxs satışla məşğuldur. Oraya gündəlik 1000 nəfərdən çox alıcı gəlir. Əgər orda terror aktı törədilsəydi, xeyli sayda insan həlak olar, külli miqdarda maddi ziyan da dəyərdi. Ona görə xahiş edirəm bu terorçuya lazımı cəzanı verərdiniz".

N.Hadiyev dindirmə zamanı onu da bildirib ki, həmin bazara sovetlər dövründə ermənilərin çox gəldiyi məkanlardan olub: “Onlar oranı yaxşı tanıdıqlarından partlayış törətmək üçün əlverişli məkan sayıblar”.

Kazaryan Karenin vəkili Eldar Əbilov zərərçəkmişə sualla müraciət edərək ona nə zərər dəydiyini soruşub.
Zərərçəkmiş şəxs isə bildirib ki, əgər partlayış hadisəsi olardısa, ona böyük ziyan dəyər dəyəcəkdi.

Dindirilən Kazaryan Karen Armeni zərərçəkmiş şəxsi tanımadığını bildirib.

Qeyd edək ki, məhkəmə iclası noyabrın 27-də davam etdiriləcək.

Azərbaycanda terror aktı törətməyə cəhd göstərən erməni diversantın məhkəmə prosesi təxirə salınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nazim Hadiyev dindirilib. Daha sonra hakimin qərarı ilə məhkəmə proses 27 noyabr tarixinə təyin edilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
"Report"un Qərb bürosunun məlumatına görə, prosesə hakim Kəramət Əliyev sədrlik edir.
Erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinir.

Erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib
Erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib
Erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib
Erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib
Erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib
Erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib
Erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...