Ağaca atılan daş ölümə səbəb oldu? – Dəhşətli cinayətin təfəruatları (Video)

Ağaca atılan daş ölümə səbəb oldu? –

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl Dərdini Danış” verilişində daha bir cinayətin təfəruatları bəlli olub.

Minval.info xəbər verir ki, Quba rayonu sakini Ənvər bəy verilişdə çıxış edərək alma bağlarında oğlu ilə çalışdığını bildirib. Onun sözlərinə görə, bağların sahibi Eldar adlı şəxs 3 il ailənin pulunu ödəməyib.
Günlərin bir günü bağına gələn sahibkarla Ənvər arasında mübahisə düşüb. Ənvər oğluna xəbər edib. Bir az sonra oğlu da həmin bağa gəlib. Mübahisə böyüyüb və oğlu yerdən daş götürərək alma ağacına atıb.
Ata iddia edir ki, oğlu alma ağacına daş ataraq “Bu da sənin almaların” deyib. Daş ağaca dəyərək sahibkar Eldar bəyin başına düşüb. Ənvər bildirib ki, Eldarın xəstə olduğunu bilməyiblər. Eldar ürək xəstəliyindən əziyyət çəkirmiş.
Bu mübahisədən sonra ata və oğul polisə gedib ki, Eldardan şikayət eləsin. Polisə çatan kimi ailə qara xəbəri alıb. Polislər “siz adam öldürmüsüz” deyərək Ənvərlə oğlunu saxlayırlar… Ata iddia edir ki, ağaca atılan daşdan Eldar ölə bilməz və həbs edilən oğlu günahsızdır.
Bir az sonra teleaparıcı elə efir vasitəsi ilə hüquq mühafizə orqanları ilə əlaqə saxlayıb. Amil Xəlilə verilən məlumata görə, daş ağaca deyil birbaşa Eldarın başına atılıb. Özü də daşın çəkisi 2 kq olub. Buna görə də, Eldar dünyasını dəyişib.
Verilişi tam olaraq sizə təqdim edirik. Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 da Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...