Salome Zurabişvili öz komandasını yığmağa başlayır

Salome Zurabişvili öz komandasını yığmağa başlayır

Gürcüstanın yeni prezidenti Salome Zurabişvili öz komandasını yığmağa başlayır. Zurabişvili Prezident Administrasiyasına öz seçki komandasından da bir neçə nəfəri gətirmək istəyir.

Prezident öz komandasının üzvü kimi keçmiş iqtisadiyyat naziri Laşa Jvaniyanı, Kvemo-Kartlinin keçmiş qubernatoru Kaxa Samxaradzeni, öz hökumət administrasiyasının əməkdaşı Simon Petridisini görmək istəyir. Bunun səbəbi isə sözügedən şəxslərin seçkiqabağı Zurabişvilinin komandasında fəaliyyət göstərmələrilə bağlıdır, xüsusən də Kaxa Samxaradzenin bir neçə ay bu komandaya rəhbərlik etdiyini qeyd etmək lazımdır.

Salome Zurabişvili Kaxa Samxaradzeyə region əhalisi ilə münasibət istiqamətində, Simon Petridisiyə isə məhdud imkanlı insanlarla əlaqədar olan məsələlər istiqamətində işlərin həllini tapşırmağı planlaşdırır. Bu şəxslər hələ prezidentdən belə təklif almayıblar. Gürcüstan Patriarx fondunun rəhbəri Laşa Jvaniyanın sözlərinə görə, belə təklif olduqda bu məsələyə o yox, pariarx qərar verəcək.

Keçmiş Kartli qubernatoru Kaxa Samxaradzenin bəyanatına görə rəsmi təklif olmadığından heç bir şeyə deyə bilməyəcəyini bildirib. Simon Petridisi isə Salome Zurabişvilinin dostu olduğunu və hər hansı bir işdə ona kömək etməyə hazır olduğunu qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...