AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail”in şikayətini rədd edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail”in şikayətini rədd edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Səbail” klubunun futbolçusu Eltun Yaqublu barədə şikayətini rədd edib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum AFFA İntizam Komitəsinin 27 noyabr 2018-ci il il tarixli qərarı qüvvədə saxlayıb. Azərbaycan Premyer Liqasının XII turunun "Neftçi” ilə ev oyunu başa çatdıqdan sonra "Səbail”in protokolda adı olmayan futbolçusu Eltun Yaqublu hakimi təhqir edib. İntizam Komitəsi onun 4 oyun cəzalanması, klubun 3200 manat cərimə olunmasına dair qərar çıxarıb.
Qeyd edək ki, "Səbail” - "Neftçi” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...