Pirotexniki vasitələrlə bağlı reyd - 3 mindən artıq partlayıcı aşkarlandı

[center]Pirotexniki vasitələrlə bağlı reyd -
Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının dekabrın 19-da keçirdikləri növbəti reydlər zamanı Müşfiqabad qəsəbəsi ərazisində 2 mağazadan ümumilikdə 1 582 ədəd, “Sədərək” ticarət mərkəzindəki mağazalardan isə 2 084 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
724 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...