Azərbaycanda bu dərmanın qəbulu tam qadağan edildi

Azərbaycanda bu dərmanın qəbulu tam qadağan edildi

Azərbaycanda güclü təsir edən tramadol hidroxlorid maddəsinin istifadəsi tamamilə məhdudlaşdırılır.
Gundeminfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasının gündəliyinə daxil olan "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zərərli maddələrin Siyahısı”na dəyişiklikdə öz əksini tapıb.

Hazırda tramadol hidroxlorid 100 mq-150 mq-200 mq və daha artıq bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. Dəyişikliyə əsasən isə, "100 mq-150 mq-200 mq və daha artıq” sözləri siyahıdan çıxarılır və tramadol hidroxlorid bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur.

Qeyd edək ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilmiş bu maddə yüngül və güclü, kəskin və xroniki ağrıların qarşısının alınması üçün istifadə edilir.

Dəyişikliyin əsas məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
726 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...