İcra başçısının birinci müavininin otağından oğurluğa cəhd - Seyfi kəsmək istəyərkən...

İcra başçısının birinci müavininin otağından oğurluğa cəhd -

Ucar Rayon İcra Hakimiyyətinin binasında icra başçısının birinci müavini Əliş Cəbrayılovun kabinetindən oğurluğa cəhd olub. Gundeminfo.az “Report”a istinadən xəbər verir ki, naməlum şəxs kabinetə daxil olaraq orada olan seyfi kəsməyə cəhd göstərib. Hadisə zamanı İcra Hakimiyyətinin mühafizəçiləri kabinetə daxil olduğundan həmin şəxs qaçmağa nail olub.

Əməliyyat nəticəsində oğurluğa cəhd edən şəxsin Göyçay rayon sakini, 30 yaşlı Kənan İsmayılov olduğu məlum olub. O, saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...