Milyonluq dələduzluq cinayəti - prokuror hər iki şəxsə cəza istədi
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən İlham Xıdırovun məhkəməsi keçirilib. Digər təqsirləndirilən Nazim Mustafayev barəsində isə həbs qərarı verilməyib, o hazırda azadlıqdadır.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror İlham Xıdırovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı ev dustaqlığında olan Nazim Mustafayevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.
Məhkəmə iclası yanvarın 15-də davam etdiriləcək.
İttihamda yazılır ki, İ.Xıdırov dələduzluq əməllərini N.Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıb.
Bu cinayət işi üzrə Elxan Muradov 610 min zərər çəkib. Digər zərərçək işlər də vat. Ümumi ziyan 1 milyona yaxındır. Elan edilmiş ittihamla hər iki şəxs də özünü təqsirli bilməyib.
Məlum olub ki, zərərçəkmişlərdən biri Elxan Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar‚ onun xalasından da eyni məbləğdə pul alıb.
Qeyd edək ki‚ bu işin istintaqı zamanı təqsirləndirilən İ.Xıdırovun oğlu Samir Xıdırov Daxili İşlər Nazirliyinə açıq müraciət edərək digər zərərçəkmiş Elxan Muradlının “Tensar” şirkətində çalışdığını bildirib və mətbuata açıqlamasında əlavə edib ki‚ E.Muradlının qardaşı Etibar Muradov Nəsimi rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir.
768 dəfə oxundu