Lənkəranda həkimin evindən 80 min manat oğurlanıb

Lənkəranda həkimin evindən 80 min manat oğurlanıb

Lənkəranda həkimin mənzildən oğurluq edilib.

APA-nın məlumatına görə, hadisə rayonun Veravul kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan Lənkəran Mərkəzi rayon Xəstəxanasının həkimi Adil Əzimovun mənzilinə naməlum şəxslər basqın edib. Onlar həkimin evindən 45 min dollar və 3500 manat dəyərində qızıl-zinət əşyaları götürüblər. Ümumilikdə A. Əzimova 80 min manat ziyan vurulub.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...