Çovdarovla birgə tutulan polkovnikdən MƏHKƏMƏYƏ MÜRACİƏT
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və polkovnik Səlim Məmmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
BakuPost.az-ın məlumatına görə, hakim Əziz Seyidovun sədrliyi ilə qapalı keçirilən prosesdə
polkovnik Səlim Məmmədovun məhkəməyə müraciəti daxil olub. Müraciətdə qeyd olunub ki, polkovnik özü məhkəmədə iştirak etmək istəyir.
Bundan başqa məhkəməyə zərərçəkmiş Arif Həsənovun kassasiya şikayətinə etirazı daxil olub.
O etirazında özü ilə bağlı xüsusiyyatlarda yanlışlığa yol verildiyini bildirib.
A.Həsənovun nümayəndəsi etirazın tam mətnini yaxın günlərdə məhkəməyə təqdim edəcəyini bildirib.
Bu səbəbdən məhkəmə 2020-ci il yanvarın 30-a qədər təxirə salınıb.
Qeyd edək ki, A.Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi onların apelyasiya şikayətini təmin etməyib.
A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova əmlak müsadirəsi ilə bağlı da şikayət veriblər.
A.Çovdarov apellyasiya məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini geri götürsə də, oktyabr ayında yenidən Ali Məhkəməyə müraciət edib.
645 dəfə oxundu