Bakı polisi DYP-də yoxlamaları təkzib etdi

Bakı polisi DYP-də yoxlamaları təkzib etdi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.

BŞBPİ-in Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq qeyd edib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir.

“Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur” - deyə, E.Hacıyev əlavə edib.

Qeyd edək ki, mətbuatda BŞBPİ-in DYP İdarəsində ciddi yoxlamaların aparıldığı barədə məlumat yayılıb. Məlumata görə, aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...