Bakıda çempion məktəbli dəm qazından zəhərlənərək ölüb - FOTO

Bakıda çempion məktəbli dəm qazından zəhərlənərək ölüb - FOTO

Bakıda 11-ci sinif şagirdi dəm qazından zəhərlənərək vəfat edib.

“Report”un xəbərinə görə, hadisə fevralın 2-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, ev 30/2-də qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Arzuman Ağaxan oğlu Abbasov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Qeyd edək ki, A.Abbasov qaydasız döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.

Bakıda çempion məktəbli dəm qazından zəhərlənərək ölüb - FOTO



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...