Nizami Bəhmənovun gəlininin bıçaqlanması ilə bağlı görüntülər - VİDEO
Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovun keçmiş həyat yoldaşını bıçaqlama hadisəsi ilə bağlı videogörüntüləri yayılıb.
“Report” xəbər verir ki, videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, hadisə fevralın 3-də, paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. 1981-ci il təvəllüdlü C.Bəhmənov keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanı bıçaqlayıb.
Daha sonra o, saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, C.Bəhmənov günorta saatlarında Hüseyn Cavid parkının yaxınlığında 15 yaşlı qızı ilə gəzən D.Bəhmənovaya bıçaqla hücum edib. Onun bədəninə, üzünə və boğazına ümumilikdə 20-dək bıçaq zərbəsi endirib. Yaralının vəziyyəti ağırdır.
Qeyd edək ki, C.Bəhmənovun atası N.Bəhmənov 1992-2008-ci illərdə Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, 2008-ci ildə vəfat edib.
657 dəfə oxundu