Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

“Report” xəbər verir ki, hakim Rauf Əhmədovun sədrlik etdiyi prosesdə təqdimat təmin edilib və T.Yaqublu barədə həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

T.Yaqublu barədə bu ilin mart ayında Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
626 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...