"Oksigen" klinikasında həkimin pulu oğurlandı

"Oksigen" klinikasında həkimin pulu oğurlandı

Bakıda klinikada oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə "Oksigen" klinikasında qeydə alınıb.

Belə ki, naməlum şəxs həmin klinikanın həkimi Yeganə Əliyevanın iş otağındakı çantasından 500 manat və 200 ABŞ dolları oğurlayıb.

Daha sonra Y.Əliyeva hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sevgiladə Quliyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
642 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...