Yasamalda yol tikintisinə 2,65 milyon manat ayrılıb

Yasamalda yol tikintisinə 2,65 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,65 milyon (iki milyon altı yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
701 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...