Ölən fəhlələrin sayı 44-ə çatdı

Ölən fəhlələrin sayı 44-ə çatdı


Pakistanın şərqində, Lahor şəhərində fabrikin uçması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. Şəhər rəhbəri Muhammad Usman deyib ki, yaralılardan 41-ini həyata qaytarmaq mümkün olub, amma xəsarət alan işçilərdən 3-ü xəstəxanada dünyasını dəyişib. Bildirib ki, artıq uçuntular altından kiminsə sağ çıxarılacağına ümid qalmayıb. Noyabrın 6-da xilasedicilər 50 saat sonra dağıntının altından bir nəfər yeniyetməni sağ çıxara biliblər.

Rəsmi məlumata görə, faciə baş verən zaman fabrikdə azı 150 nəfər olub. Ölən və sağ qalanların dəqiq sayı bəlli deyil. Rəsmilər ehtimal edirlər ki, binanın uçmasına səbəb ötən həftə regionda baş verən 7,5 ballıq zəlzələ olub, təbii fəlakət zamanı binaya xəsarət dəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1156 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...