Şuşada hər yerdə tonqal qalamaq olmaz, AMMA BAZAR AÇMAQ OLAR... - ŞOK İDDİALAR

  Şuşada hər yerdə tonqal qalamaq olmaz, AMMA BAZAR AÇMAQ OLAR... -
Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasında müəyyən edilmiş yerlərdən kənarda çadırların qurulmasına və tonqalların yandırılmasına icazə verilməyəcək.

DİA.AZ bildirir ki, bu, Nazirlər Kabinetinin “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilmir.

Sənəddə həmçinin qeyd edilib ki, mühafizə zonasında həyata keçirilən işlər Qoruğun ümumi ərazisinə, Şuşa şəhərinin inzibati sərhədlərinə və Şuşa şəhərinin Baş planında müəyyən edilmiş ərazi zonalaşdırılmasına, müfəssəl həllərə və ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır...

Hər halda, bura qədər hər şey gözəldir. Və maləsəf ki, ancaq KAĞIZ ÜZƏRİNDƏ...

Acınacaqlı olanı odur ki, bəzi işbazlar Şuşa kimi müqəddəs bir ünvanı da özləri üçün qazanc mənbəyi9nə çeviriblər və bu gün hər qarışı qanla yoğrulmuş Şuşamızın hər kvadratmetrəsinə dövlətin xüsusi diqqətinin olmasına rəğmən, bir daha qeyd edirik... BƏZİ İŞBAZ MƏMURLAR Şuşamızı da özlərinin qazanc ünvanına çevirə biliblər. Bu barədə DİA.AZ-a Şuşadakı mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri postunu tutan Məftun Abbasov maləsəf ki, Şuşamızdan pul çıxarmağı bir nömrəli vəzifəsi kimi görməkdədir.

Mənbənin söylədikləri:

  Şuşada hər yerdə tonqal qalamaq olmaz, AMMA BAZAR AÇMAQ OLAR... -


Məftun Abbasov

"Bu gün Şuşada yerləşən ayrı-ayrı dövlət qurumlarının, özəl şirkətlərin işçilərinin qaldıqları bütün yaşayış yerləri birbaşa olaraq Məftun Abbasov tərəfindən kirayə verilib və əldə olunan vəsait də məhz onun şəxsi cibinə axmaqdadır. Məftun Abbasov özünü Şuaşada o qədər səlahiyyətli hiss edir ki, hətta Şuşanın yerli sakinlərinə məxsus evləri də kirayə verməkdən çəkinmir.

Dəfələrlə olub ki, Şuşaya öz evini görməyə gələn şuşalılar evlərində sakinlərin olması ilə rastlaşıblar, hətta dava da düşüb zaman-zaman..."

Bundan əlavə, özəl şirkətlərin işçilərinə bahalı xidmətləri rəsmiləşdirən Məftun Abbasov barədə danışan mənbə iddia edir ki, bütün bu faktlar dəyərlərimizə kölgə saldığı kimi, hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etməlidir: "Təbii ki, bu siyasi hadisədir və bununla bağlı siyasi qərar verilməlidir. Məftun Abbasov bu qərardan sonra təftiş oluna bilər və ortaya daha ciddi faktlar da çıxacaq".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...