"Bakı" Premyer Liqadan əlini üzdü

"Bakı" Premyer Liqadan əlini üzdü


AFFA prezidenti Rövnəq Abdullayev "Bakı" futbol klubunun Premyer Liqada qalıb-qalmaması məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, R.Abdullayev jurnalistlərə bildirib ki, "Bakı" futbol klubu I divizionda oynayacaq: "AFFA-nın öz reqlamenti var. "Bakı" I divizionda oynayacaq". O, əlavə edib ki, futbolun inkişafına dair Dövlət Proqramı 2015-ci ildə başa çatıb: "Yeni dövlət proqramı hazırlanır. Məqsədimiz Azərbaycan millisinin 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlməsidir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1157 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...