AFFA-dan jurnalistin qətli ilə bağlı bəyanat

AFFA-dan jurnalistin qətli ilə bağlı bəyanat


AFFA jurnalist Rasim Əliyevin qətli ilə bağlı bəyanat yayıb.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bəyanatda deyilir: "2015-ci il avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri almış, avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat etmişdir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir.

AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1248 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...