Xərçəng xəstəliyini aşkar edə bilən sensor hazırlanır
Xərçəng dinamik xəstəlikdir, amma həkimlər bu xəstəliyin mərhələlərini əvvəlki kimi statik təsvirlər üzrə izləyirlər. “TicTac” ölçüsündə yeni implantasiya edilən sensor bu istiqamət üzrə aparılan işləri dəyişməlidir.
İKT.lent.az-ın "ICTnews"a istinadən verdiyi məlumata görə, Massaçusets Texnologiya Universitetinin nəzdindəki institutun mütəxəssisləri tərəfindən hazırlanmış sensor həkimlərə adi alətlərin tətbiqindən əvvəl xərçəng şişinin ölçüsündəki dəyişikliyi aşkar etməyə imkan verir.
“Biz qarşımıza elə bir qurğu yaratmağı məqsəd qoyduq ki, xərçəng şişindəki dəyişikliklər haqda məlumat verə bilsin. Xərçəng şişinin kiçildilməsini görməkdən ötrü daha aylarla gözləməyə ehtiyac yoxdur. Müalicənin düzgün istiqamətdə aparıldığını bilmək üçün ilkin məlumatları əldə etmək kifayətdir”, - deyə Massaçusets Texnologiya İnstitutunda işləyən tədqiqatın baş müəllifi Maykl Çima bildirib. Hələlik qurğu yalnız siçovullar üzərində sınaqdan keçirilib. Belə sensorun insanın orqanizmində uzun müddət üçün tətbiqinin nə qədər təhlükəsiz olduğunu bilmək üçün əlavə tədqiqatlar tələb olunur.
1152 dəfə oxundu