BBC jurnalistləri polis tərəfindən təhdid edilib

BBC jurnalistləri polis tərəfindən təhdid edilib


“WDBJ” telekanalının 2 əməkdaşını qətlə yetirən şəxsin özünə qəsd etdiyi yerə ilk gələnlər sırasında olan BBC teleradio şirkətinin 2 jurnalisti Virciniya ştatının polisi tərəfindən təhdid edilib. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə “Independent” qəzeti xəbər yayıb.

Məlumatda qeyd edilir ki, polis əməkdaşlarından biri Ağ Evin müxbiri Tara Makkelvi və videojurnalist Frans Strasserə hədə gəlməyə başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşı bildirib ki, çəkilən material silinməsə, jurnalistlərin kamerası və avtomobili əllərindən alına bilər. Buna səbəb kimi materialın dəlil olduğu göstərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1161 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...