Səmada ulduz partlayıb

Səmada ulduz partlayıb
"Habbl" (Hubble) kosmik teleskopu əsrarəngiz görüntü – parlaq işıq saçan atəşfəşanlığa bənzər ifrat kütləli parlaq ulduz tərəfindən atılmalar qeydə alıb.

Trend-in məlumatına görə, "Eta Car" (Carinae-Onurğa) adlı bu ulduzun ilk püskürməsi 180 il bundan öncə baş vermiş və ulduz on illər ərzində gecə səmasında parlaqlığına görə ikinci ulduz olaraq qalmışdı. Lakin bu ulduz zaman keçdikcə yavaş - yavaş sönməyə doğru getmiş və onu adi gözlə çətinliklə fərqləndirmək olmuşdur. 2014-cü ildən isə parlaqlığını artıraraq adi gözlə yaxşı görünən olmuşdur.

NASA-nın müraciətinə əsasən, “Habbl” bu ulduzu 25 il ərzində müşahidə edib. Astronomlar bu kosmik teleskopun "Wide Field Camera 3" kamerası ilə əvvəllər heç vaxt müşahidə etmədikləri yerlərdə qaz və bu isti qazın tərkibinə daxil olan maqnezium atomlarının ultrabənövşəyi diapozonda parlaq şüalanmasını qeydə alıblar.

Qeyd edək ki, "Eta Car" ulduzu vahid sistemdə, eyni vaxtda qravitasiya təsiri ilə birləşmiş üç ulduzun mövcudluğu ilə əlaqəli partlayışları ilə tanınır və bu üçlü sistem yaxın vaxtlarda ifratyeni kimi partlaya bilər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
679 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...