Çin xüsusi aparat hazırladı - Marsda həyat əlaməti axtaracaq

Çin xüsusi aparat hazırladı -

Çin alimləri ölkənin Marsda ilk tədqiqat missiyasını həyata keçirmək üçün marsoxod aparatının tikintisini başa çatdırıblar.

TASS xəbər verir ki, tədqiqatın əsas vəzifəsi Marsda həyat şəraitinin mövcudluğuna dair əlamətlərin tapılmasıdır.

Çinin Ay proqramının elmi rəhbəri Ouyan Tszıyuan bildirib ki, missiya Marsın gələcəkdə insan yaşayışı üçün yararlı olub-olmadığını araşdıracaq.

Onun sözlərinə görə, marsoxod Marsın atmosferini, landşaftını, geoloji və maqnit xarakteristikalarını da tədqiq edəcək.

Çin Marsda ilk missiyasını 2020-ci ildə həyata keçirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...