“Azercell”in “Kabinetim” tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır
Proqressiv ideyaların dəstəkçisi və təşəbbüskarı kimi tanınan “Azercell Telekom”un geniş çeşiddə məhsullar, xidmətlər və həllər bazasına malik olması onun ölkənin telekommunikasiya sahəsinin lideri mövqeyində qərarlaşmasına yardım edib.
Şirkət yeni nəsil bağlantı erasında öz rəqəmsal həllərini daha da zənginləşdirərək, mobil tətbiqini abunəçilərin istifadəsinə verib. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqini “App Store” və ya “PlayStore”dan “Azercell/Kabinetim” açar sözünü axtarışa verməklə, ödənişsiz olaraq yükləmək mümkündür.
Tətbiq istifadəçilərə nömrə xəttinin idarəedilməsi, balansa nəzarət, balans artırma, internet paketlərinin və rominq internet paketlərinin aktivləşdirilməsi, tarif paketinin dəyişdirilməsi və bir çox başqa imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədi ilə işlənib hazırlanıb.
Müasir texnologiyaların və biznes həllərin köməyilə insan həyatını asanlaşdırmağı hədəfləyən “Azercell” ilə rəqəmsal dünyanın yenilikləri indi daha əlçatandır.
“Azercell”in “Kabinetim” tətbiqini yüklə və rahatlıqdan zövq al!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99.1 faizi (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir.
Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.
2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
“Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
721 dəfə oxundu