Almanların 13 faizi İslam dininə ədavət bəsləyir

Almanların 13 faizi İslam dininə ədavət bəsləyir

Almaniyada ölkə sakinlərinin İslam dininə münasibətini əks etdirən sosioloji sorğu keçirilib.

“Deutsche Welle” sözügedən araşdırmanın nəticələrini dərc edib.

Məlum olub ki, Almaniyanın hər ikinci sakini İslam dinində təhlükə görür və ehtiyatla yanaşır. Üstəlik, İslam dininə qarşı mənfi yanaşma Almaniyanın qərbi ilə müqayisədə, özünü daha çox ölkənin şərqində göstərib.

Qeyd edək ki, Almaniyanın şərqində qərblə müqayisədə daha az müsəlman yaşayır.

Sorğuda iştirak edənlərin 13 faizi İslam dininə düşmənçilik hissi bəslədiklərini bildirib.

Almanların təxminən 33 faizi isə əksinə, İslam dinini ölkə üçün müsbət hal hesab edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
703 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...