“Ferrari” 200 avtomobili geri çağırır

“Ferrari” 200 avtomobili geri çağırır

İdman avtomobilləri istehsalçısı “Ferrari” təhlükəsizlik yastıqlarında aşkar olunan qüsurla əlaqədar Çin bazarında satdığı 200 avtomobili geri çağıracaq.

AZƏRTAC Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasına istinadla xəbər verir ki, oktyabrın 10-da başlayacaq proses 2015-2019-cu illərdə istehsal olunan “458 Speciale A”, “California T”, “488 GTB” və “488 Spider” modellərini əhatə edəcək.

Administrasiyanın mütəxəssisləri müəyyən ediblər ki, yığım prosesindəki çatışmazlıqlar avtomobillərin elektronika sisteminin qüsurlu işləməsinə və bununla da təhlükəsizlik yastıqlarının düzgün çalışmamasına səbəb ola bilər.

“Ferrari” qüsurlu detalları pulsuz dəyişəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...