Mixael Şumaxerin səhhətində irəliləyiş var

Mixael Şumaxerin səhhətində irəliləyiş var

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhətində irəliləyiş var.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todt “Daily Mail”a bildirib. O, 50 yaşlı veteran pilotla birgə “Formula 1” yarışı izlədiyini söyləyib: “Bu cür bəyanatlarda hər zaman çox ehtiyatlıyam. Ancaq bu doğrudur, Şumaxerlə birgə onun İsveçrədəki evində yarışa baxdıq. Mixael etibarlı əllərdədir. O, təslim olmur və mübarizəsini davam etdirir. Şumaxerin bərpə prosesində irəliləyiş var”.

Qeyd edək ki, M.Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...