Həccə gedən zəvvarların ilk qrupu avqustun 2-də yola düşəcək

Həccə gedən zəvvarların ilk qrupu avqustun 2-də yola düşəcək

Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu avqustun 2-də Səudiyyə Ərəbistanına yola düşəcək.

Qafqaz Müsəlmanları İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, avqustun 5-nə qədər 8 təyyarə reysi həyata keçiriləcək. Gün ərzində iki təyyarə reysinin uçuşu nəzərdə tutulub.


Qeyd olunub ki, 180 nəfərlik ilk qrup avqustun 2-də saat 03.34-də, ikinci qrup isə saat 14.50-də yola düşəcək.
Bütün kvota dolub və viza sistemi bağlanıb.

Səfər müddətində zəvvarları ümumilikdə 40 bələdçi müşayiət edəcək.

Həcc ziyarətinin proqramına gəlincə, zəvvarlar ilk olaraq Ciddə şəhərinə yola düşəcəklər. Oradan da 90 km yol qət edib Məkkəyə gedəcəklər. Məkkədə əvvəl Ümrə əməli icra ediləcək və bir neçə gün sonra Həcc başlayacaq. Hicri Qəmər təqvimi ilə Zilhiccə ayının 9-da Ərəfat dağına çıxılacaq, 10-u qurban kəsiləcək. Zəbvvarlar iki gün Minada gecələyib Məkkəyə qayıdacaqlar. Orada digər Həcc əməlləri ediləcək. Məkkədən çıxan zəvvarlar Mədinəyə daşınacaq.

Azərbaycana geri dönüş avqustun 22-dən başlayacaq.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Qiymətlərdə 75 dollar artım var. Yəni bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

Avqustun 2-dən 5-nə qədər gediş, avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...