Gürcüstanın müxalif televiziyasının yayımı dayandırıla bilər

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının milli yayımı avqustun 1-dən etibarən dayandırıla bilər.

GUNDEMİNFO.AZ "Report"a istinadən xəbər verir ki, buna səbəb televiziyanın “Stereo +” şirkətinə efir yayımı xidmətinə görə borcunun yaranmasıdır.

“Rustavi 2” ilə yanaşı, eyni səbəbdən “Ertsulovneba” və “Pirveli TV” kanallarının da yayımınnın dayandırlacağı gözlənilir.

“Stereo +” şirkətindən bildirilib ki, üç kanalın yayımının dayandırılması barədə qərar şirkətlərin avqustun 1-i saat 24:00-a qədər borclarını ödəməyəcəyi halda qəbul olunacaq.

“Rustavi 2” televiziyasının baş direktoru Paata Salia kanalın yayımının dayandırılmayacağını bildirib: “Bütün maliyyə borclarımızın ödənilməsi üçün əlimizdən gələni edirik. “Rustavi 2” yayımını davam etdirəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...