Fikrət Fərhadoğlu deputatlığa namizəd oldu

Fikrət Fərhadoğlu deputatlığa namizəd oldu


Fikrət Fərhadoğlu 67 saylı Cəlilabad kənd seçki dairəsindən gücünü sınayacaq

Parlament seçkilərinə start verildikdən sonra prosesdə iştirak etmək üçün namizədliyini irəli sürən media təmsilçilərinin sayı artmaqdadır. GUNDEMİNFO.AZ xəbər verir ki, dünən daha bir baş redaktor seçkilərdən gücünü sınamaq məqsədi ilə namizədliyini irəli sürüb. Azernenews.tv xəbər portalının baş redaktoru olmuş Fikrət Fərhadoğlu 67 saylı Cəlilabad kənd Seçki Dairəsindən namizədliyini irəli sürüb. Bu barədə GUNDEMİNFO.AZ-a məlumat verən namizədin vəkili bildirib ki, artıq zəruri olan bütün sənədlər toplanaraq, DSK-ya təqdim edilib.

Əslən, Cəlilabad rayonundan olan Fərhadoğlu tanınmış jurnalist olmaqla yanaşı, həm də doğulduğu ərazilərdə böyük nüfuz sahibidir. Ziyalı ailəsində doğulmuş baş redaktor seçkilərdə qalib gələcəyinə əmindir. Onun əsas alternativi isə YAP-ın namizədi olan Malik Həsənovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...