“Türk ocağı” Bakıda Əhməd bəy Ağaoğlunun 150 illiyini qeyd etdi - FOTOLAR
Bugün Atatürk Mərkəzində Azərbaycan “Türk ocağı”ının təşkilatçılığı ilə Azərbaycan və Türkiyənin dövlətçilik tarixində mühüm rol oynamış böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi çərçivəsində elmi konfrans keçirilib.
Toplantıda eyni zamanda Azərbaycanın Macarıstandakı səfiri, professor, tədqiqatçı, sabiq xarici işlər naziri Vilayət Quliyevin Əhməd bəy Ağaoğluya həsr etdiyi kitabların - “Atatürk və Əhməd Ağaoğlu”, “Türkiyəni duyğulandıran ölüm” və “Xatirələr” kitablarının təqdimatı da olub. Tədbirdə millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri İrfan Çiftçi, tarixçi-alimlər, media nümayəndələri və Əhməd bəy Ağaoğlunun qardaşı nəvəsi Nigar Axundova da iştirak edib.
Azərbaycan “Türk ocağı”nın başqanı, “Şərq” qəzetinin baş redakoru Akif Aşırlı “Türk ocağı” barədə də qısa məlumat verib və ilk tədbirin Azərbaycanın böyük mütəfəkkiri, fikir adamı, türk-müsəlman dünyasına önəmli faydalar gətirmiş Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunduğunu vurğulayıb:
“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan və sentyabr ayının sonlarında Bakı işğaldan azad ediləndən sonra Azərbaycanda bir sıra milli təsisatlar yaradıldı. Onlardan biri də Azərbaycan “Türk ocağı” idi. Bu ocaq öz milli köklərini və idarəetmə formasını 1912-cu ildə İstanbulda qurulan Türk Ocaqlarından almışdı. Ocağın əsas ideya müəlliflərindən biri Əhməd bəy Ağaoğlu idi. “Türk ocağı” 1911-c ildə Osmanlı dövlətinin çöküşünün qarşısını almaq və türk milli heysiyyatını yüksəltmək üçün qurulmuş ciddi bir təşkilat idi. Ocaq türk dünyasını böyük ideyalarla zənginləşdirdi və faydalar gətirdi. Ona görə biz Azərbaycan “Türk ocağı”nın bərpasını zəruri hesab etdik və bunu reallaşdırdıq”.
Professor Vilayət Quliyev isə Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən bəhs edib, Azərbaycan “Türk ocağı”nın bərpasının mühüm bir addım olduğunu bildirib. Onun sözlərinə görə, Ağaoğlunun 150 illik yubileyi mədəni, ictimai, siyasi və mənəvi həyatımızın ən diqqətə layiq hadisələrindən biridir.
Millət vəkili Qənirə Paşayeva deyib ki, professor Vilayət Quliyevin və digər müəlliflərin Əhməd bəy Ağaoğlu ilə bağlı əsərləri böyük mütəfəkkiri daha yaxından tanımağımıza kömək edir. Deputat gəncləri bu dəyərli əsərlərdən yararlanmağa çağırıb:
“10-15 il əvvəl belə dəyərli materiallar yox dərəcəsində idi. Lakin hazırda çox qiymətli əsərlər mövcuddur. Əhməd bəy Ağaoğlunun xatirələri Azərbaycan türkcəsində yenidən dərc olunubsa, bunu mütləq oxumaq lazımdır”.
Q.Paşayeva bir sıra təkliflər irəli sürüb: “Öncə vurğulayım ki, Əhməd bəy Ağaoğlu “Türk ocağ”ının qurucusu olub. Hətta ocaq onun evində təsis edilib. Bu baxımdan Azərbaycan “Türk ocağı”ının ilk tədbirini məhz Əhməd bəy Ağaoğluna həsr etməsi çox müsbət haldır. Bilirsiz ki, Ocağın bərpaçıları arasında Əhməd Cavadın, Əli bəy Hüseynzadənin və Abdulla Şaiqin nəvələri də var. Mən təklif edirəm ki, Əhməd bəy Ağaoğlunun qardaşı Hüseyn bəyin nəvəsi Nigar Axundova da bərpaçılar arasında olsun. Bu, çox ədalətli olardı”.
Parlament üzvü Türkiyədə və Azərbaycanda gənc nəslin Əhməd bəy Ağaoğlu haqqında yetərli bilgiyə sahib olmadığını qeyd edərək maariflənmə işinin geniş miqyasda aparılmasının labüdlüyünü bildirib.
Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov belə bir tədbirin Atatürk Mərkəzində keçirilməsinin simvolik əhəmiyyətə malik olduğunu deyib. Deputat vurğulayıb ki, ziyalıların mütəmadi olaraq bu cür toplantılar təşkil etməsi ictimaiyyətdə kifayət qədər maraqla qarşılanır.
627 dəfə oxundu