"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırıb

"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırıb
"WhatsApp" hakerlərin zərərli GIF-fayllardan istifadə edərək yazışmalara giriş əldə edə biləcəyi təhlükəsizlik səhvini aradan qaldırıb.

GUndeminfo.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hakerlərin yazışmalara girişi istifadəçinin GIF-faylı qalereyada açması ilə mümkün olub.

“Problemin istifadəçilərə təsir etdiyini düşünməyə əsas yoxdur, ancaq biz hər zaman istifadəçilərimizi ən yeni təhlükəsizlik funksiyaları ilə təmin etməyə çalışırıq", - "WhatsApp" nümayəndəsi telekanala açıqlamasında deyib.
Səhv messencerin son yeniləməsində aradan qaldırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...