Azercell növbəti əmək yarmarkasında iştirak edib

Azercell növbəti əmək yarmarkasında iştirak edib

Ölkədə gənclərin məşğulluğunun artırılması istiqamətində keçirilən tədbirlərdə daima fəal iştirak edən “Azercell Telekom” MMCoktyabr ayının 30-u baş tutan əmək yarmarkasında xüsusi stend ilə təmsil olunub. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Amerika Ticarət Palatası(AMCHAM)tərəfindən birgə reallaşdırılan bu tədbirdə Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri yarmarkanın iştirakçıları ilə görüşüb, onların suallarını cavablayıb. Gənclərə şirkətdə mövcud olan vakansiyalar, hər il ənənəvi olaraq tələbələr üçün təşkil ediləntəcrübə və təqaüd proqramları haqqında geniş məlumat verilib.

Məlumat üçün bildirək ki, cari ilin may ayındaAzercell şirkəti rəqəmsallığa doğru dəyişən strategiyası çərçivəsində ilk dəfə olaraq "Azercell-Lab" - ödənişli təcrübə proqramına qəbul elan edib. Tələbələrə "İT-lab" və "Biznes-Lab" inkubasiya mərkəzlərində təcrübə keçərək,peşəkar mühitdə karyera qurmaq fürsəti verilib. Fəaliyyətində dinamik və dəyişkən texnologiyaları tədbiq edən şirkət, labaratoriyaların gənc rezidentlərinənəzəri biliklərindənyararlanaraqşirkətin real layihələrində iştirak üçün şərait yaradıb. Təcrübəçilər 6 ay müddətində biznes və İT sahələrində zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışmaq vərəqəmsal dünyanın ən son trendləri ilə daha yaxından tanış olmaq fürsəti əldə ediblər. Həmçinin sentyabr ayındatələbələrin fəaliyyətinə dəstək olmaq məqsədilə, Azercell Telekom 2020-ci il üçün Tələbə Təqaüdü Proqramına ərizələrin qəbuluna başlamışdır. “Rəqəmsal dünyanı Azercell-lə kəşf et” şüarı altında keçirilən proqramın qalibləri akademik bilikləri, dünyagörüşü, elmə, təhsilə həvəsi və digər meyarlar əsasında seçiləcək. Qaliblər təhsil ilinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd ilə təmin ediləcəklər. Hazırda Tələbə Təqaüdü Proqramının seçim proseslərinəstart verilib.
Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin təqdim etdiyi ən son yenilikləri “Azercell Recruitment Team” LinkedIn səhifəsindən izləyin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...