Qadın hakim əvvəl sarı vərəqə göstərdi, sonra selfi çəkdi - VİDEO

Qadın hakim əvvəl sarı vərəqə göstərdi, sonra selfi çəkdi -
İsrail və braziliyalı veteran futbolçular arasında keçilən yoldaşlıq oyununda maraqlı hadisə baş verib.

"Qafqazinfo" xəbər verir ki, Hayfa şəhərində təşkil edilən xeyriyyə oyununun 51-ci dəqiqəsində qadın hakim Kakanı heç bir səbəb olmadan sarı vərəqə ilə cəzalandırıb və daha sonra onunla selfi çəkdirib.

Kaka və digər futbolçular bu hadisəni təəccüblə qarşılayıb.

Qarşılaşmada braziliyalı əfsanələr 4:2 hesabı ilə qalib gəlib. Qolları Bebeto, Ronaldinyo, Kaka və Marsio Amorozo vurub.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
687 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...