Nar Festivalında iştirak haqqı qazanan qaliblər məlum oldu
Hər zaman yenilikləri və maraqlı layihələri ilə seçilən “Nar”,abunəçilərvə sosial şəbəkə iştifadəçiləri üçün Göyçayda keçiriləcək Nar Festivalında iştirak imkanı təqdim edən müsabiqəni yekunlaşdırıb. Mobil operatorun rəsmi Facebook və İnstagram səhifələrində keçirilmiş müsabiqə sosial media istifadəçilərinin böyük marağına səbəb olub. Qeyd edək ki, verilmiş məntiqi tapşırığı 275 nəfər düzgün cavablandırıb. Təsadüfi seçim yolu ilə seçilən 10 nəfər isə “Nar” əməkdaşları ilə birgə noyabrın 9-da Göyçayda keçiriləcək Nar Festivalında iştirak edəcək.
“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən, eyni zamanda sosial media səhifələrindən əldə etmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
612 dəfə oxundu