Xoyskinin qardaşı nəvəsi Prezident İlham Əliyevə təşəkkür edib
"Azərbaycanın ilk bayrağını görənlərdən biri olduğum üçün çox xoşbəxtəm".
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri, daxili işlər, hərbiyə, ədliyyə və xarici işlər naziri olmuş Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun bildirib.
O, 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: "Mənim evim kiçik Azərbaycandır. Ona görə də Azərbaycandan gələn hər kəsə qapımı açıb qucaqlayıram. Mən Azərbaycan bayrağını hər bir azərbaycanlıdan bəlkə də daha çox sevirəm. Deməli, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyski babam Adil xan Ziyadxanı fars dilini mükəmməl bildiyi üçün İrana səfir təyin etmişdi. Adil xan Ziyadxan Azərbaycanən üçrəngli bayrağını dizayn edən Əli bəy Hüseyinzadə ilə tez-tez görüşüb məsləhətləşirmiş. Həmin vaxt babam digər hökumət üzvləri ilə birlikdə dizayn edib hazırladıqları ilk beş üçrəngli Azərbaycan bayrağından birini özü ilə İrana aparmışdı. Uşaq da olsam, bugünkü kimi yadımdadır. Bir gün anamla babamı ziyarətə getmişdik. Babamgilə divarda üçrəngli, kənarları qızılı pullarla işlənmiş parça gördüm. Rəngləri o qədər gözəl idi ki... Xalalarım bayrağın ətrafına qızıl pullar tikmişdilər, kəpənək formasında ortadan büzmüşdülər, par-par parıldayırdı. Çox xoşuma gəldi. Evin ən gözəl yerində asılmışdı. Xalalarımdan nə olduğunu soruşanda bunun bizim bayrağımız olduğunu dedilər. İlk dəfə bayrağımızı onda gördüm. Hər dəfə babamgilə gedəndə pianonun yanında oturub saatlarla bayrağımızı izləyirdim".
L.Xoyski ailəsinin 1921-ci ildə İrandan Türkiyəyə mühacirət etmək məcburiyyətində qaldığını deyib: "Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra üçrəngli bayraq evimizə gətirildi. Təəssüf ki, evdən köçəndə həmin bayraq müəmmalı şəkildə yox oldu. Ya itdi, ya da oğurlandı. Yəqin ki, kənarlarındakı qızıl pula görə götürmüşdülər. Sonralar xalam yağlı boya ilə bayrağımızın şəklini çəkdir və divara vurdu. Həmin rəsm evimizin ən əziz əşyası idi. Həqiqətən çox gözəl çəkmişdi. Sanki toxunsam, əlimdə hiss edəcəyəm kimi gəlirdi. Yəni bir gün belə evin divarı bayraqsız qalmadı".
O, ailəsində Azərbaycan bayrağına gördüyü sevginin sərhədsiz və sonsuz olduğunu vurğulayıb: “Mən gözümü açanda atam və anamın bayrağa olan böyük sevgisini gördüm. Həmin vaxt Azərbaycan bayrağı bir tək bizim evdə vardı. O bayraq mənə Azərbaycanda yaşadığımı hiss etdirirdi. Azərbaycandan biri gələndə gözlərim dolur, elə bilirəm atam, anam gəlir. Anam, atam, babam, nənəm, xalalarım hər gün yenidən Azərbaycana qayıtmaq arzusu ilə yaşayırdılar, Azərbaycanla nəfəs alırdılar. Mən onlarda bayrağa, vətənə olan sonsuz sevgini gördüm. Bir sözlə, 70 il vətən həsrəti ilə yaşayan atam və anamdan öyrəndim bayraq sevgisini. Həmin bayraq bizim üçün çox dəyərli, müqəddəs və toxunulmaz idi. Ümumiyyətlə, mənim üçün bayraq sevgisini sözlə ifadə etmək çətindir. İndi Azərbaycanın üçrəngli bayrağı hər yerdə dalğalanır. Bax, mənim üçün ən böyük qürur, xoşbəxtlik budur”.
L.Xoyski bu ilin sentyabr ayında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı ilə təltif olunduğuna görə Prezident İlham Əliyevə təşəkkür edib: "Göstərdiyi böyük diqqət və qayğı üçün Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Mən ailəm adına bu medala layiq görüldüyüm üçün çox qürurluyam. Mən bu medalı vətən, vətən deyə gözüyaşlı dünyadan köçən, babam, nənəm, atam, anam üçün aldım. Tək arzum Azərbaycanın müstəqilliyinin daimi olmasıdır. Baxın, bayraq yenə mənim ürəyimin üzərindədir. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı və Azərbaycan bayrağı!”.
652 dəfə oxundu