Azərbaycan millisi FİFA reytinqində Mozambikdən də geri düşəcək
Azərbaycan milli komandasının növbəti FİFA reytinqindəki mövqeyi bəlli olub.
Apasport.az saytının məlumatına görə, qurumun noyabrın 28-də dərc edəcəyi siyahı ilə bağlı ehtimallar cədvəli açıqlanıb.
Azərbaycan yığması burada 114-cü pillədə yer alıb. Nikola Yurçeviçin yetirmələrinin hesabında 1177 xal var.
Millimiz ötən ayla müqayisədə 3 pillə geriləyib. Buna yığmanın aktivindəki xalların azalması səbəb olub. Komandamız 12 xal itirib.
N.Yurçeviçin yetirmələrinin reytinqə üzüaşağı yuvarlanmasına səbəb hesabat dövründəki uğursuzluqlardır. AVRO-2020-nin seçmə mərhələsində son iki oyununu keçirən komanda noyabrın 16-da evdə Uelsə, üç gün sonra səfərdə Slovakiyaya eyni – 0:2 hesabı ilə uduzub.
Hələ ötən ay da 2 pillə geriləyən milli son iki ayda 5 pillə aşağı yuvarlanıb. Bu, komandanın son ilyarımda ən aşağı göstəricisidir. Yığma sonuncu dəfə 2018-ci ilin mayında – 126-cı olduğu vaxt belə aşağı pillədə idi.
Üç pillə geriləyən Azərbaycan millisini Afrika təmsilçiləri keçiblər. Ötən ay qabaqladığımız Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası artıq komandamızı arxada qoyub.
Qeyd edək ki, təxmini cədvələ əsasən Belçika (1765), Fransa (1733) və Braziliya (1712) ilk üç pillədəki mövqeyini qoruyur.
683 dəfə oxundu