Azərbaycan yığması Rusiya üzərində qələbə qazandığı görüşdə ilklərə imza atıb - TƏHLİL

Azərbaycan yığması Rusiya üzərində qələbə qazandığı görüşdə ilklərə imza atıb -


Futzal üzrə dünya çempionatının elit-raundunda Rusiya üzərində 4:3 hesablı qələbənin qazanıldığı oyun Azərbaycan milli komandası üçün ilklərlə əlamətdar olub.

"Report"un Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, şimal qonşular üzərində ilk qələbə kimi tarixə düşüb.

Yanvarın 30-da Xorvatiyanın Osiek şəhərindəki Qradsk Arena”da keçirilmiş matçda Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv həm də bu rəqiblə duellərdəki uğursuzluğa son qoyub. Dünya futzalının liderlərindən olan Rusiya ilə indiyədək 8 qarşılaşma baş tutub. Bu oyunlarda Azərbaycan millisinin ən böyük uğuru heç-heçə olub. 7 dəfə uduzan yığma dəfələrlə böyük hesabla darmadağına üzülüb. Bu dəfə isə tarixdə ilk dəfə Rusiya məğlub edilib.

Əvvəlki 8 oyundan 2-si yoxlama oyunu, 2-si beynəlxalq turnirdə olubsa, 4 görüş rəsmi xarakterli böyük yarışların seçmə, final və pley-offuna təsadüf edib.

Daha bir ilk isə odur ki, Rafael Vilela millinin heyətində rəsmi oyunlarda qol hesabını açıb. Hücumçu buna Rusiya millisinin qapısına ilk qolu vurmaqla nail olub. Vilela 2017-ci ildə İranda təşkil edilmiş beynəlxalq turnirdə ilk dəfə yığmanın formasını geyinib. O, turnir zamanı Rusiya, İran və Qazaxıstanla oyunların hamısında fərqlənib.

20.01.2001. YO. Rusiya – Azərbaycan – 6:1

21.01.2001. YO. Rusiya – Azərbaycan – 10:1

27.01.2004. AÇSO. Rusiya – Azərbaycan – 5:0 /Serbiya/

27.03.2012. DÇSO-P. Azərbaycan – Rusiya – 2:3

09.04.2012. DÇSO-P. Rusiya – Azərbaycan – 2:2

09.02.2016 AÇ. Azərbaycan – Rusiya 2:6 /Serbiya/

04.12.2017. BT. Rusiya – Azərbaycan – 4:3 /İran/

22.09.2019. BT. Azərbaycan – Rusiya – 1:2 /Rusiya/

30.01.2020. DÇSO. Azərbaycan – Rusiya – 4:3 /Xorvatiya/




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...