"SOCAR Trading" şirkəti "Platts Global Energy Awards 2015" finalçısı olub

"SOCAR Trading" şirkəti "Platts Global Energy Awards 2015" finalçısı olub


Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkəti "Platts Global Energy Awards" müsabiqəsinin finalçısı olub.

"Report" xəbər verir ki, "SOCAR Trading"in verdiyi məlumata görə, o, sənaye sahəsində nümunəvi idarəçiliyin həyata keçirilməsi və innovasiya nailiyyətlərini qeyd edən illik proqram - Platts Global Energy Awards müsabiqəsinin finalçısı olub.
2015-ci ildə finalçılar 4 qitənin 30 ölkəsini təmsil edən 200-ə yaxın namizəd arasından seçilib.

Şirkətdən bildirilib ki, "SOCAR Trading" bu il "İlin strateji razılaşması" nominasiyasında mükafat uğrunda mübarizə aparır.
Platts Global Energy Awards 1999-cu ildə təsis edilib və enerji sahəsinin "Oskar"ı kimi qəbul olunur. O, dünyanın enerji sektorunda 17 kateqoriya üzrə fəaliyyət istiqamətini əhatə edir.

"Dünyanın enerji sənayesinin yüzlərlə nümayəndəsi, o cümlədən "SOCAR" şirkətinin nümayəndələri də Platts Global Energy Awards 2015-də iştirak etmək üçün dekabrın 9-da Nyu-Yorkda toplaşacaqlar", - məlumatda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...