Hitler sionistlərə xidmət edib? MÜDHİŞ DOSYE
Sionizmin atası Teodor Herzl Avropa, xüsusilə də Almaniya yəhudilərinə Fələstinə köçməklə bağlı müraciət edəndə yəhudlərdən heç bir reaksiya gəlmədi, çünki Almaniyadakı yaxşı həyat tərzini qoyub Fələstinə getmək onların ağıllarından belə keçmirdi. Lakin sionistlər yəhudlərin Fələstinə köçmək istəməməklərindən çox narahat idilər. Elə bundan sonra da Adolf Hitlerlə razılaşdırılmış şəkildə yəhudilərə qarşı kampaniya başladıldı. İlk çağırışlardan biri də Almaniya küçələrində yəhudiləri Fələstinə köçməyə dəvət edən xüsusi qrupların yaradılması idi. Onlar küçələrdə gəzərək “Wir fahren nach Palestina!” (“Fələstinə gedin”) çağırışı ilə yəhudilərə səslənirdilər. Bu qruplar ölümdən qurtulmağın yeganə yolunun Fələstinə getmək olduğunu Almaniya yəhudilərinə təbliğ edirdilər.
Wilhelmstrassenin arxivlərindən aşkara çıxmış gizli sənədlər Hitler Almaniyası ilə sionistlərin iş birliyini detallı şəkildə ortaya qoyur. Əvvəlcə sionistlərin əsas məqsədi sağ-salamat şəkildə yəhudlərin Fələstinə köçünü reallaşdırmaq idi, lakin sonradan müharibə başlayanda yəhudilərin bir qismi müharibənin qurbanına çevrildilər. Ona görə ki, bəzi yəhudilərin qurban verilməsi artıq sionistlər tərəfindən müəyyən edilmişdi. Bir çox tarixi mənbələrdə 6 milyon civarında yəhudinin qətl edildiyi deyilir. Lakin ingilis tarixçisi, tədqiqatçı Peter F. Wiener özünün “Hitlerin mənəvi atası Martin Lüter” adlı kitabında yazır ki, II Dünya Müharibəsi zamanı sadəcə 1 milyona yaxın yəhudi soyqırıma məruz qalıb. Fransız araşdırmaçısı Roger Graudy “İsrail dövlətini quran əfsanələr” adlı kitabında yazır ki, nasistlər əslində kütləvi şəkildə yəhudilərə qarşı cinayətlər törətməyiblər və bu mövzudakı iddiaların çoxu həqiqətə sığmayan, yalan məlumatlardır. Fransız tədqiqatçı o zaman nasist ölüm düşərgələrində həbsdə olan kəslərin yazdığı məktubları fakt göstərərək yəhudilərlə bağlı deyilənlərin çoxun yalan olduğunu isbatlayır.
Tarixi sənədlərdən aydın olur ki, 1933-cü ildən 1936-cı ilə qədərki dövr ərzində Fələstinə 136 min yəhudi köçürülüb. Bu proses 1936-cı ildən sonra da davam etdirilərək, 1945-ci ildə yekunlaşıb. Nəticədə Fələstində 800 min yəhudi məskunlaşdırılmışdı, yəni artıq İsrail dövləti yaranmış sayılırdı. Başda Adolf Hitler olmaqla bu işdə Reinchard Heydrich və Adolf Eichmann yəhudilərin Fələstinə köçürülməsində xüsusi canfəşanlıq göstərirdilər.
Fikir verin, 1933-cü ildə yəhudilər ilk təhdidlərlə qarşılaşdığı zaman Dünya Sionist Təşkilatı Praqa konfrans keçirir. Konfransda yəhudilərin incidilməsi, nasizm təhlükəsi deyil, tam əksinə, “yəhudi torpağı, qədim yurdu” haqqında müzakirələr aparılırdı. Amerikalı yəhudi tarixçisi Lenni Brenner "Zionism in the Age of Dictators” adlı kitabında yazır ki, yəhudi təşkilatları nasist işğalı atında olan ölkələrdəki yəhudləri xilas etmək üçün əllərindən gələni etdikləri halda, sionistlər sadəcə bu səhnələri izləməklə kifayətləndirdilər. Tarixçi Lenni Brenner yenə yazır ki, o zaman yəhudilər təqib edildikləri halda Polşa yəhudi lideri, sionist İzak Grünbaum və onun kimilər yəhudilərin xilası əvəzinə “Eretz İsrail”i (İsrail torpaqları) müzakirə edirdilər.
Yəhudilərin köçürlməsi məsələsində önəmli rol oynamış fiqurlardan biri də III Reyxin tanınmış simalarından biri, “Gestapo”nun rəhbəri, sonradan nasist Almaniyasının təhlükəsizlik məsələləri üzrə rəhbərlərindən biri Reinhard Heydrich o vaxtkı “SS” təbliğat maşını olan “Das Schwarze Korpus” adlı qəzetdə çıxmış yəhudiləri tərifləyən məqaləsində “sionizmə” simpatiyasından dolayı yazır: “Yəhudilər arasında iki önəmli qrup var: sionistlər və qeyri-sionistlər. Sionistlər eynilə bizim (nasistlər) kimi irqçi, miliyyətçi, qeyri-sionistlər isə heç bir işə yaramayan bir kütlədir”.
Sionistlərlə əməkdaşlıq etmənin çox önəmli olduğunu deyən və Fələstinə köç məsələsinə toxunan Reinhard Heydrich məqaləsində fikrini belə tamamlayır: “Fələstinin min illər boyu həsrətini çəkdiyi qız və oğullarına qovuşmaq zamanı çox yaxındadır. Onlara bütün yaxşı niyyətlərimizlə birgə hər cür dəstəyimizi verməyə hazırıq” (Zionism, Brenner, 85) .
Yəhudlərin köçü məsələsi elə sionistlər özləri nəzarət edirdilər. Hüquqi prosedur elə formalaşdırıldı ki, hər hansısa bir yəhudi yalnız Fələstinə köçə bilərdi.
Yəhudilərin köçürülməsi məsələsinə rəhbərlik edən şəxslərdən biri də Adolf Eichmann idi. Eichmann şəxsən Hitlerin əmri və göstərişilə prosesə rəhbərlik edirdi. O, əvvəlcə bir müddət xüsusi missiya ilə Fələstinə gedir. Məqsəd yəhudilərin orada necə yaşayacağını, yaşam imkanlarını öyrənmək idi. Bir müddət Fələstində qaldıqdan sonra Britaniyanın təzyiqi ilə Fələstindən çıxarılır. Avsrtiyanın anşlüsü ilə 1938-ci ildə Adolf Eichmann Vyanada “yəhudi köç mərkəzi” yaradır. Təkcə Avstriyada deyil, digər Avropa ölkərində də Eichmanna tabe olan yəhudi köç mərkəzləri fəaliyyətə başlayır (Encyclopedia Judaica, 6, 517-518).
Macarıstandakı köç işlərinə Eichmannın ən yaxın tərəfdaşlarından yəhudi Dr. Rudolf Kostner rəhbərlik edirdi. Eichmann 1939-cu ildə Praqda başqa bir yəhudi köç mərkəzi açaraq deportasiyaya nəzrət etməyə başlayır. Ən önəmli fakt isə odur ki, 1941-ci ilə qədər Adolf Eichmann Fələstində düz 250 min alman yəhudisi məskunlaşdırmışdı (Eichmann in Jerusalem, Hannah Arendt, 54) .
Adolf Eichmann yəhudi köçü proyektilə bağlı fikirlərində açıq şəkildə sionist maraqlarına uyğun hərəkət edildiyinə işarə vurur: “Mənim şəxsi fəallığım yəhudilərin torpaq və vətənə sahib olmalarına kömək etməkdir. Düşündüyüm əsas iş yəhudilərin ayaqları altına yeni torpaq qoymaqdır. Beləcə, əsas vəzifəm sadəcə və sadəcə yəhudilərə aid torpaqların onlara qaytarılmasına nail olmaqdır. Bu məsələnin həllində məmnuniyyətlə iştirak edəcəyəm (Eichmann in Jerusalem, Hannah Arendt, 45-51) .
Bu da faktdır ki, Adolf Eichmannın rəhbərliyilə Avstriyada yaradılmış hərbi düşərgədə sırf yəhudi gənclərindən təşkil olunmuş döyüş dəstələri formalaşdırılmışdı.
Amerikalı tədqiqatçı, tarixçi Bryan Mark Rigg 150.000-dək yəhudi əsgərin Vermaxtın tərkibində xidmət etdiyini bildirir və qeyd edir ki, alman-yəhudi əsillərinə baxmayaraq, onlar Adolf Hitlerin sadiq əsgərləri olublar.
Fələstinin indiki rəhbəri Mahmud Abbas da zamanında ölüm düşərgələrində yəhudilərin öldürülməsi məsələsini doktorluq dissertasiyası kimi araşdırıb. Mahmud Abbas yazır ki, Hitler Almaniyasındakı qaz kameralarında yəhudilərin məhvi şübhəli məsələdir, həmçinin sionistlərin nasistlərlə əməkdaşlığı da tarixin qaranlıq səhifələrindən bidir.
Mahmud Abbas tədqiqatında bildirir ki, sionistlərin qeyri-sionist yəhudilərə qarşı edilənlərdən çox yaxşı xəbəri var idi, lakin Avropadakı qeyri-sionist yəhudilərə heç bir yardım etmədilər. Təkcə bununla kifayətlənməyən sionistlər qeyri-sionistlərin qurtulmasına əngəl olub və Almaniyanın işğalı altından olan ölkələrdəki yəhudilərə qarşı nifrət toxumu səpiblər. Mahmud Abbas onu da xüsusilə vurğulayır ki, soyqırım məsələsində heç şübhəsiz, sionistlərin də barmağı var.
1215 dəfə oxundu