Azərbaycan Gürcüstandan 128, Rusiyadan 140, Türkiyədən isə 915 manata qoyun alıb

Azərbaycan Gürcüstandan 128, Rusiyadan 140,
Ötən il xaricdən Azərbaycana 320 min 543 baş qoyun gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan bir baş qoyunun orta gömrük dəyəri 133 manat (78 dollar) olub.
Qeyd edək ki, ölkəyə idxal olunan qoyunların sayı əvvəlki illə müqayisədə 65% və ya 125 min 981 baş artıb. Xaricdən gətirilən qoyunların gömrük dəyəri isə 5% və ya 5 dollar aşağı düşüb.

Məlumat üçün onu da bildirək ki, idxal olunan qoyunların 68%-i Gürcüstandan gətirilib. Ötən bir il ərzində Gürcüstandan Azərbaycana 218 min 191 baş qoyun idxal olunub və bir baş qoyunun orta qiyməti 128 manat (75 dollar) olub.
İl ərzində idxal edilən qoyunların 31,8%-i və ya 101 min 762 başı Rusiyadan gətirilib. Rusiyadan gətirilən qoyunların orta qiyməti isə 140 manat (82 dollar) olub.

Xaricdən gətirilən qoyunların 0,2%-i və ya 590 başı Türkiyənin payına düşüb. Türkiyədən idxal edilən qoyunların bir başının orta gömrük dəyəri isə 915 manat (538 dollar) təşkil edib.

Onu da bildirək ki, Türkiydədən ixrac olunan qoyunların hansı cins olduğu açıqlanmayıb. Lakin, Türkiyədən daha az sayda qoyun idxal edildiyi üçün ehtimal etmək olar ki, onlar xüsusi cins qoyunlar olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...