İcra başçısı şəhidi Hafiz Səfərovun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Xoruzlu
kəndində birinci Qarabağ müharibəsi şəhidi Səfərov Hafiz Xosrov oğlunun ailəsini
ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən
müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər
birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar
böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi
zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq
işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını,
dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla
yanaşmağı tapşırdığını bildirib.
Qeyd edək ki, şəhidi Səfərov Hafiz Xosrov oğlu 1970-ci il may ayının 13-də Tərtər
rayonunun Xoruzlu kəndində anadan olub. Həmin kəndin orta məktəbini bitirib. 1988-ci
ilin may ayından 1990-cı ilin may ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi
hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra öz kəndlərində kolxozda
işləyirdi. Erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün 1992-ci ilin avqust ayında
təkrar hərbi xidmət etmək üçün Milli Ordu sıralarına gedib. Ağdərə ərazisində
döyüşlərdə iştirak edib. Erməni işğalçılarından doğma torpaqlarımızın təmizlənməsi
uğrunda gedən döyüşlər zamanı 1992-ci il sentyabr ayının 1-də keçmiş Ağdərə
rayonunun Çıldıran kəndində şəhid olub. Subay idi.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
322 dəfə oxundu