CHP-də əsas qurultay nə vaxt keçiriləcək?

CHP-də əsas qurultay nə vaxt keçiriləcək?
Cümhuriyyət Xalq Partiyası (CHP) Mərkəzi İdarə heyəti (MYK) əyalət və rayon konqreslərinin təqvimini açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən keçirilən MYK toplantısında qurultay təqviminə başlanılması və təqvimin açıqlanması qərara alınıb.
Bu səbəblə sabahdan etibarən muxtarlıq səviyyəsində tənzimlənmiş üzvlər haqqında siyahının tutulmasına başlanılacaq. Proses iyunun 27-dək davam edəcək.
Rayon təşkilatlarında nümayəndə seçkiləri iyulun 3-də başlayacaq və 30-da başa çatacaq.
Avqustun 5-də başlayacaq rayon qurultayları isə sentyabrın 10-da başa çatacaq.
Əyalət səviyyəsində qurultayların başlama tarixi 16 sentyabr olaraq təyin olundu. Oktyabrın 15-də başa çatacaq əyalət qurultaylarından sonra Partiya Məclisinin təyin edəcəyi tarixdə əsas qurultay keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...