Dərs ili başa çatmamış dərslikləri yığırlar - Açıqlama
Bəs şagirdlər 20-25 gün məktəbə nəyə gedirlər?
Dərs ilinin başa çatmasına iki həftə qalıb. Lakin müşahidələrdən belə məlum olur ki, artıq may ayının 3-cü həftəsindən başlayaraq əksər məktəblərdə bir sıra dərsliklər yığılıb. Qeyd edək ki, ötən illərdə də bu cür hal müşahidə olunurdu, baxmayaraq ki, ölkədə tədris ili iyunun 15-də başa çatır.
Beləliklə, suallar yaranır ki, may ayının 3-cü həftəsindən başlayaraq, məktəblərdə dərsliklər yığılırsa, şagirdlər 20-25 gün məktəbə nəyə gedirlər? Dərsliyi olmayan şagird məktəbdə nə öyrənir, ümumiyyətlə, öyrənə bilərmi? Həmçinin bu müddət ərzində müəllimlərin fəaliyyəti nədən ibarət olur?
Məsələnin bu tərəfini nəzərə alaraq, bir çox valideynlər, hətta müəllimlər tədris ilinin 1 sentyabr - 31 may tarixləri arasında keçirilməsinə çağırış edirlər.
Xatırladaq ki, Azərbaycanda 2004-cü ilə qədər dərslər sentyabrın 1-i başlayıb, may ayının sonu başa çatırdı. 2004-cü ildən isə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlayıb, iyunun 15-nə qədər davam etdirilməsi qərara alındı.
Bəs tədris ilinin hansı vaxt başlayıb, hansı vaxtda bitməsi daha optimaldır?
Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Öncə onu qeyd etmək istərdim ki, ümumiyyətlə, təhsilin bütün pillələrində, xüsusilə də məktəbəqədər ümumtəhsildə hüquqi normativ sənədlər çatışmır, olanlar da reallığı əks etdirmir. 2024-cü ildir, amma hələ də dövlət məktəblərinin nizamnaməsi yoxdur. Bəs nizamnamə nədir? Nizamnamə odur ki, məktəbin fəaliyyətinə əsaslanır. Bu gün qarşımıza çıxan bütün problemlər nizamnamədə göstərilir və məktəb məhz həmin nizamnamə əsasında idarə edilir.
O ki qaldı dərsliklərin hansı vaxtda yığılmasına, şagirdlərin sinifdən-sinfə keçməsi ilə bağlı 1 may 2014-cü ildə 522 saylı əmr təsdiq edilib. Həmin əmrdə göstərilir ki, qiymətləndirmə tədris ilinə 2 gün qalmış başa çatmalıdır. Yəni Böyük Summativ Qiymətləndirmə (BSQ) iyunun 11-də keçirilməlidir. Bu məntiqlə dərsliklər iyunun 12-13-də yığılmalıdır. Amma ənənəvi olaraq dərsliklər artıq 3-cü həftədən başlayaraq yığılmağa başlayır.
Burada problemin kökü ondan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi bütün məktəblərdə aparıcı sinif olan buraxılış siniflərinin imtahanlarını heç bir səbəb olmadan tədris ilinin başa çatmasına 10-12 həftə qalmış həyata keçirir. İmtahanlardan sonra da buraxılış siniflərinin şagirdləri məktəbə gəlmir, bu da digər siniflərin də davamiyyətinə təsir edir.
Beləliklə də mart ayından başlayaraq məktəblərdə davamiyyət axsamağa başlayır. İntizam səviyyəsi aşağı olan məktəblərdə davamiyyətlə bağlı heç bir tədbir görülə bilmir, gəlməyən uşaqlar da bəzən dərslikləri məktəbə təhvil vermir, dərsliklər arada itib-batır, ona görə də məktəb may ayının 2-ci həftəsindən başlayaraq dərslikləri yığmağa başlayır. Lakin nizam-intizamı güclü olan məktəblərdə dərsliklər tədris ilinin son günlərində yığılır.
Dərsliyin yığılması da o deməkdir ki, artıq həmin fənlər tədris olunmur. Bəzən deyilir ki, guya dərslər təkrarlanır, bu yalandır. Ümumiləşdirici, yekunlaşdırıcı təkrar iyunun 12-13-dən olur. Tədris proqramlarında konkret olaraq iyunun 11-nə qədər mövzular var və həmin mövzular tədris olunmalıdır. Beləliklə, əgər dərsliklər yığılırsa, formal olaraq dərslərin tədrisi dayandırılır. Bu çox ciddi məsələdir. Çox təəssüf ki, bu gün təhsil idarəsi orqanları tədris prosesinə tam nəzarət edə bilmirlər".
Təhsil eksperti tədris ilinin hansı vaxt başlayıb, hansı vaxtda bitməsinin daha optimal olması ilə bağlı da şərh verib:
“Burada məsələ tədris müddətində deyil. Belə ki, beynəlxalq təcrübəyə baxanda əksər ölkələrdə tədris müddəti 36 həftədir, bizdə isə 34 həftədir. Bu nöqteyi-nəzərdən hətta beynəlxalq təcrübədən geri qalırıq. Ötən il nazir da qeyd etdi ki, təhsil sentyabrın 1-dən başlayıb mayın 31-də bitsə, imtahanlar dövrünü də, eləcə də BSQ-ləri iyunun birinci iki həftəsinə keçirmək olar. Biz ekspertlər də hər zaman bunu təklif edirik. Sözün doğrusu, hələ də başa düşə bilmirəm ki, kim və hansı səbəbdən tədrisin sentyabrın 15-dən başlayıb, 15 iyunda bitməsini təklif etdi. Bunu anlamaq olmur”.
347 dəfə oxundu