"Azərbaycanın bank sektorunda baş verən proseslər diqqətimizdədir"

"Azərbaycanın bank sektorunda baş verən proseslər diqqətimizdədir"


"Azərbaycanın bank sektoru uzun müddətdir ki, diqqətimizdədir". "APA-Economics" xəbər verir ki, bunu "Türkiyə İş Bankası"nın baş direktoru Adnan Bali "Anadolu" agentliyinə müsahibəsində deyib.

A. Balinin sözlərinə görə, bank Azərbaycanı potensial ifadə edən, gələcək vəd edən ölkə kimi diqqətdə saxlayır: "Bizim çox elastik siyasətimiz var və biz bu siyasəti qanunvericilik və ticarət tələblərini nəzərə alaraq yürüdürük. Xarici ölkədə filial açılması zərurəti yarandığı halda, biz bunu edə bilərik. Hətta şərait imkan verərsə, siyasətimizə uyğun olaraq hətta yeni bir bank qura bilərik".

Bununla yanaşı, o qeyd edib ki, mövcud olan şərait "təəssüf ki, bu məsələdə arzu etdiklərimizi reallaşdırmağa imkan vermir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1134 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...