Sentyabrın ilk günlərində Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Sentyabrın ilk günlərində Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək


Avqustun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 30-da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq. Avqustun 31-i gündüz şimal və qərb rayonlarından başlayaraq sentyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperatur sentyabrın 1-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1027 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...