Balıq idxalı 22,5% azalıb
Bu ilin I yarısında Azərbaycana 3 447,5 ton balıq idxal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 1000 ton və ya 22,5% azdır, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Bəyan edilən idxal həcmi $2 mln 811,5 min olub. Bu, 2014-cü ilin eyni dövründəkindən $388,7 min azdır. Gömrükdə 1 kq balıq $0,815-a bəyan edilir. Ötən ilin eyni dövründə bu göstərici 0,719$/kq olub.
İdxal edilən balığın uyğunluq sertifikatının reyestrini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparır. Amma bu reyestrdə “McDonalds Azerbaijan” MMC-nin fast-food şəbəkəsinin Polşadan balıq idxalı barədə informasiya var.
Azərbaycanda balıq idxalının inhisarçı subyekti “Caspian Fish co. Azerbaijan” MMC-dir (“AzGroup” şirkətlər qrupuna daxildir). Gömrük Komitəsinin məlumatına görə, balıq idxalı RF, İslandiya, Çili, Türkiyə və Norveçdən həyata keçirilir. Qeyd edilən dövrdə balıq məhsulları və konserv idxalı həcmi sabit qalıb. Xaricdə $2 mln 266 min məbləğində (+3,2%) 1893 ton (-0,6%) hazır dəniz məhsulu alınıb. Balıq konservlərinin idxalçısı “Sərhəng-G”» və “Veysəloğlu” şirkətləridir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycanın balıq və balıq məhsullarının idxalından asılılığı 27,2% təşkil edib. Bu, 2014-cü ildə olduğundan iki bənd aşağıdır. DSK-nin məlumatına görə, 2014-cü ildə ərzaq kimi 67 828 ton balıq istifadə edilib. Bu, 2013-cü ildəkindən 2,6% azdır. Idxalın payına 18 748 ton balıq düşüb. İdxal 7,1% azalıb. Maraqlıdır ki, DSK yalnız 16 930 ton balıq, dəniz məhsulu və emal məhsulları barədə məlumat verir. Gömrüyün 1818 ton “çatışmazlığ”ını Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti müəyyən edib. Söhbət 5 mln dollardan az olmayan gömrük rüsumlarından gedir.
2014-cü ildə qeyri-ərzaq mallarının istehsalı üçün 854 ton balıqdan istifadə edilib. Balıq məhsulları ixrac edilməyib. 2007-ci ildə Azərbaycan xaricə 900 ton balıq emalı məhsulları ixrac edilmişdi. Azərbaycanda balıq və balıq məhsullarının illik istehlak norması adambaşına 7,7 kq təşkil edir. Bu hesablamaya görə, Azərbaycanda bir ildə 73 ton balıq və balıq məhsulu istehlak edilməlidir.
1199 dəfə oxundu